Rusiya komandası Bakıda ikili mini-batut üzərində hərəkətlərdə dünya çempionu oldu

Xəbər - Cani Babayeva – Trend:

Bakıda Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatında kişilər arasında ikili mini-batut üzərində hərəkətlərdə komanda hesabında Rusiya qalib gəlib.

Trend-in məlumatına görə, 115.800 xal toplayan Rusiya komandası qızıl medallara layiq görülüb.

İkinci yeri 111.300 xalla Portuqaliya, üçüncü yeri 108.700 xalla İspaniya tutub.

Qeyd edək ki, Bakıda Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatı noyabrın 18-dən 21-dək keçirilir. Yarışda 33 ölkədən 300-dək gimnast iştirak edir.


4 gün davam edəcək çempionatda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edir. Bundan əlavə, komanda çoxnövçülüyü, eləcə də hər proqram üzrə komanda hesabında qaliblər müəyyənləşəcək.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: