“Uralvaqonzavod” Rusiyanın Müdafiə Nazirliyinin göstərişi ilə T-80 tanklarının istehsalını yeniləyə bilər.
AzerTimes xəbər verir ki, bunu zavodun baş direktoru Aleksandr Potapov deyib.
“Biz Sənaye və Ticarət Nazirliyi ilə bu məsələlər üzərində işləyirik, çünki bu, müvafiq olaraq, yeni imkanlar tələb edir”, – Potapov bildirib.
Qeyd edək ki, T-80 tankları Sovet istehsalıdır və SSRİ ordusunun arsenalına ilk dəfə 1976-cı ildə daxil edilib.