Rusiya Kiyevi vurdu, matəm elan edildi

Rusiya Kiyevi vurdu, matəm elan edildi

Ukraynanın paytaxtı Kiyevdə iyulun 9-u matəm elan olunub.

AzerTimes xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko Teleqram hesabında məlumat verib.

Onun sözlərinə görə, bu gün şəhərdəki bütün bələdiyyə binalarında bayraqlar endiriləcək. Həmçinin dövlət və özəl binalarda dövlət bayraqlarının endirilməsi tövsiyə olunur.

Kliçko vurğulayıb ki, iyulun 9-da şəhərdə hər hansı əyləncə tədbirlərinin keçirilməsi qadağandır:

“Telekanallara və radiolara müraciət edirik ki, yayım qrafikində müvafiq dəyişikliklər etsinlər. Paytaxtda dağıntıların aradan qaldırılması davam edir”.

Qeyd edək ki, bu gün Rusiya müxtəlif tipli 40-dan çox raketlə Ukraynaya hücum edib. Hücumlar nəticəsində 22 nəfər həlak olub. Daha 72 nəfər yaralanıb.

Teqlər: