Rusiya çox güman ki, vurulması olduqca çətin, dəqiq idarə olunan “Xəncər” raketlərini Ukraynadakı “qərar mərkəzlərinə” mümkün zərbələr üçün saxlayır.
AzerTimes xəbər verir ki, bu fikirləri hərbi ekspert Petr Çernik Kanal 24-ə müsahibəsində bildirib.
“Məncə, paytaxtımız ən təhlükəli vəziyyətdədir. Eləcə də istisnasız olaraq Ukrayna ərazisində mövcud olan bütün administrasiyalar”, – deyə o bildirib.