ABŞ Rusiyanın qaçılmaz olaraq Kiyevə qarşı ikinci hücuma keçəcəyinə dair heç bir əlamət görmür.
AzerTimes xəbər verir ki, bu sözləri ABŞ-ın Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
“Biz Putinin Ukrayna ilə bağlı maksimalist məqsədlərindən əl çəkdiyini göstərən heç nə görməmişik. Biz Kiyevlə bağlı qaçılmaz addım olacağına dair heç bir əlamət görmürük, lakin biz bunu diqqətlə izləyirik”, – deyə Kirbi bildirib.