Sentyabrın 2-nə keçən gecə Rusiya ordusu Ukraynanın paytaxtına kütləvi raket hücumu həyata keçirib.
AzerTimes xəbər verir ki, bu barədə Kiyev şəhər hərbi administrasiyasının rəhbəri Sergey Popko deyib.
“Zərbələr həm qanadlı, həm də ballistik raketlərlə həyata keçirilib. Saat üç radələrində Rusiyanın strateji bombardmançı təyyarələri Saratov vilayətindən X-101 qanadlı raketlərini buraxıb. Ukrayna paytaxtına Şimali Koreyanın KN-24 və Rusiyanın İsgəndər-M ballistik raketləri, həmçinin bir ədəd PUA buraxılıb”, – o bildirib.