Rusiya KİV-ləri “Meta Platforms Inc”in və onun sosial şəbəkələri “Facebook” və “Instagram”ın loqolarını nümayiş etdirməməlidir.
AzerTimes-ın məlumatına görə, bu barədə “TASS”a “Roskomnadzor”un
mətbuat xidmətindən bildiriblər.
“Meta Platforms Inc” və onun sosial şəbəkələri “Facebook” və “Instagram”ın loqolarının Rusiya mediası tərəfindən nümayişinə
icazə verilmir”, – deyə “Roskomnadzor”dan bildirilib.
Qeyd edilib ki, Rusiya mediası “Meta Platforms”u ölkədə qadağan
olunmuş təşkilat kimi qeyd etməlidir.