Rusiya kişilər üçün sərhədləri bağlayır

Rusiya kişilər üçün sərhədləri bağlayır

Rusiyada vətəndaşın çağırış vərəqəsini aldığı gündən hərbi komissarlığa gələnə qədər xaricə çıxışı qadağandır.

AzerTimes xəbər verir ki, bu, qanunvericiliyə edilən dəyişikliklərdən irəli gəlir.

“Hərbi xidmətə çağırılmalı olan və hərbi komissarlıqdan çağırış vərəqəsi almış vətəndaşların federal qanuna uyğun olaraq belə bir çağırış verilmiş hesab edildiyi gündən Rusiyadan çıxması qadağandır. Göstərilən məhdudiyyət hərbi komissarlığa çağırış vərəqəsi üzrə gəlmək öhdəliyi yerinə yetirilənə qədər qüvvədədir”, – məlumatda deyilir.

Qeyd edək ki, düzəlişlər Rusiya Dövlət Dumasının bütün beş fraksiyasının nümayəndələri tərəfindən təqdim edilib. Bu gün Dövlət Duması onları ikinci və üçüncü oxunuşda qəbul edəcək.

Teqlər: