Beynəlxalq tərəfdaşlar Ukraynanı Rusiya ilə sülh danışıqlarına məcbur etmir.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.
“Bu xəbərlər heç nə ilə təsdiqlənmir. Onlar yalnız internetdə mövcuddur. Bilmirəm, bəlkə də bu, Rusiyanın troll ordusunun işidir, amma tərəfdaşlar danışıqlar üçün heç bir tələb qoymayıblar. Ukrayna bu problemi özü həll edəcək və Putinlə heç bir danışıqlar ola bilməz. Rusiya Karfagen kimi məhv edilməlidir. Düşməni özündən arxada qoymaq olmaz”, – Danilov bildirib.