Rusiyanın “Birinci kanal”ının yayımının dayandırılması iqtisadi məsələlərlə bağlıdır.
AzerTimes xəbər verir ki, bunu Ermənistan Televiziya və Radio Komissiyasının rəhbəri Tiqran Akopyan deyib.
“Erməni Yayım Şəbəkəsinin “Birinci kanal” ilə müqaviləsi var. Ona əsasən, kanal aylıq yayım xərclərini ödəməlidir ki, bu, təxminən, 3 min dollar təşkil edir. Paytaxtda yayıma görə yerli kanallar eyni məbləği ödəyir, heç bir fərq yoxdur”, – o bildirib.