Rusiya kanalının əməkdaşı minaya düşdü

Rusiya kanalının əməkdaşı minaya düşdü

Şebekinoda mina partlaması nəticəsində 4 nəfər xəsarət alıb, onların arasında “Rossiya 24” telekanalının operatoru da var.

AzerTimes xəbər verir ki, bunu Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov Teleqram kanalında bildirib.

Onun sözlərinə görə, telekanal operatoru qarın boşluğunun və sol çiyninin qəlpə yaraları ilə Şebekinsk Mərkəzi Rayon Xəstəxanasına aparılıb:

“Vəziyyəti ağır kimi qiymətləndirilir. Yaralanan digər şəxs Belqoroddakı 2 saylı xəstəxanaya aparılıb. Digər iki yaralıya isə ambulator yardım göstəriləcək”.

Teqlər: