Rusiya qışda Ukraynanın kritik infrastrukturuna zərbələr endirmək üçün qanadlı raketlərinin bir hissəsini saxlaya bilər.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri komandanlığının nümayəndəsi Yuri İqnat deyib.
“Düşmən “Kalibr”, “X-101”, “İskəndər” kimi yüksək dəqiqlikli silahlardan istifadəni dayandırıb. Göründüyü kimi, ruslar raketlərini strateji hesab etdiyi hədəflər üçün saxlayırlar. Bunlar bizim kritik infrastruktur obyektlərimizdir. Ola bilsin ki, raketlər qış üçün saxlanılır”, – o bildirib.