Rusiya Jurnalistlər ittifaqı həlak olan azərbaycanlı jurnalistlərlə bağlı başsağlığı verib

Rusiya Jurnalistlər İttifaqı Kəlbəcərdə mina partlayışı nəticəsində həlak olan azərbaycanlı jurnalistlərlə bağlı başsağlığı verib.

AzerTimes-ın Rusiya Jurnalistlər Ittifaqının saytına istinadən verdiyi məlumata görə, başsağlığında deyilir:

“Azərbaycanın Kəlbəcər rayonunda mina partlayışı nəticəsində iki jurnalist həlak olub. Bizim həmkarlarımız – telekanal operatoru Sirac Abışov və AzərTac informasiya agentliyinin əməkdaşı Məhərrəm İbrahimov partlayışın qurbanları olublar.

Rusiya Jurnalistlər Ittifaqı həlak olanların doğmalarına və yaxınlarına, həmkarlarına səmimi başsağlığını ifadə edir”.

Teqlər: