Rusiya Suriyanın suverenliyinin kobud şəkildə pozulmasını, o cümlədən İsrailin bu ölkədə obyektlərə təxribat xarakterli zərbələr endirməsini qətiyyətlə pisləyir.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya prezidentinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov Suriyanın ictimai-siyasi dairələrinin nümayəndələri ilə görüşünün yekunları ilə bağlı açıqlamasında deyib.