Suriyadakı Rusiya hərbi bazası yaxınlığında 13 İsrail raketi vurulub.
AzerTimes xəbər verir ki, bu barədə “Military Watch Magazine” nəşri məlumat yayıb.
“İsrail Rusiya hərbi bazasının yerləşdiyi Tartus şəhəri yaxınlığındakı hərbi hədəflərə hücum edib. Rusiya hava hücumundan müdafiə sistemləri raketləri məhv edib”, – məlumatda qeyd olunub.
Qeyd edilir ki, Rusiya indiyə qədər Suriyaya atılan raketləri vurmamışdı.