Rusiya İŞİD-in taktikası ilə döyüşür – ABŞ

Rusiya İŞİD-in taktikası ilə döyüşür – ABŞ

Ukraynanın 160 min kvadrat kilometrdən çox ərazisi minalara görə yoxlanılmalıdır.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Məlumatda Ukraynada rusların İŞİD terrorçuları ilə eyni taktikadan istifadə etdiyi qeyd edilib:

“Rus əsgərləri məqsədli şəkildə mülki əhalinin evlərini, o cümlədən uşaq oyuncaqlarını və hətta ölülərin cəsədlərini bombalayır. Rusiya hərbçilərinin PUA-dan dəhşətli şəkildə istifadə etməsi İŞİD-in İraq və Suriyadakı taktikasını xatırladır, burada terrorçular mümkün qədər çox mülki vətəndaşı öldürməyə çalışırdılar ki, insanlar öz evlərinə qayıtmaqdan qorxsunlar. Ukraynada minaların təmizlənməsi II Dünya müharibəsindən sonra istehkamçılar üçün ən böyük problemdir. İndi Ukraynada minatəmizləmə qrupları azdır, ona görə də ABŞ istehkamçılar və əlavə avadanlıqla bağlı yardımı artırmağı planlaşdırır”.

Teqlər: