Rusiya işğal etdiyi yerlərdən uşaqları qaçırır

Rusiya işğal etdiyi yerlərdən uşaqları qaçırır

Rusiya işğal etdiyi ərazilərdə ukraynalı uşaqları qaçırır və rus ailələri onları övladlığa götürür.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

“Xüsusilə, Krasnodarın ailə və uşaq məsələləri üzrə departamenti ölkə hakimiyyətinə Mariupoldan 1000-dən çox uşağın Tümen, İrkutsk, Kemerovo və Altayda övladlığa götürüldüyü proqram haqqında məlumat verib. 300-dən çox uşaq hələ də “yeni ailələri ilə tanış olmaq” üçün gözləyir və bu uşaqları övladlığa götürməyə qərar verən vətəndaşlar dövlətdən birdəfəlik mükafat alacaqlar. Bundan əlavə, Ukrayna Baş Kəşfiyyat İdarəsi Rusiya rəsmilərinin işğal altındakı Donetsk vilayətinin Xartsizsk, İlovaysk və Zuqres şəhərlərindən 30 ukraynalı uşağı təhsil proqramlarında iştirak edən uşaqlar adı altında Nijni Novqoroda daşıdığını bildirib. Məqsəd milli, etnik, irqi və ya dini qrupu tamamilə və ya qismən məhv etməkdir”, – məlumatda deyilib.

Teqlər: