Silah alınması üçün ödənilən vəsaitdən istifadə etməklə Rusiyaya olan borcun azaldılması məsələsinə baxılır.
AzerTimes xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
O, söhbətin hansı məbləğdən getdiyini açıqlamayıb, yalnız silah müqavilələrinin yerinə yetirilməməsi ilə bağlı problemlərin olduğunu bildirib:
“Bilirik ki, Rusiyanın özünə silah lazımdır. Bu kontekstdə problemi bir iş mühitində həll etməkdə qərarlıyıq. Ümid edirəm ki, müzakirələr konkret nəticələrə gətirib çıxaracaq”.
Qeyd edək ki, Ermənistanın Rusiyaya nə qədər borcu olduğu açıqlanmayıb.