Rusiya İrəvana zərbə endirəcək – Babacanyan

Rusiya İrəvana zərbə endirəcək – Babacanyan

Ermənistan açıq şəkildə Rusiyadan Qərbə doğru dönüş edib. İrəvan nümayiş etdirir ki, Rusiyanın qoruma arxitekturası Ermənistanın təhlükəsizlik çağırışlarına xidmət etmir.

AzerTimes xəbər verir ki, bunu keçmiş erməni deputat Arman Babacanyan deyib.

“Ermənistan Qərb tərəfdaşları ilə birlikdə sıfırdan belə bir təhlükəsizlik mühiti yaratmaq yolundadır. Təbii ki, baş verən hadisələr Moskvanı narahat etməyə bilməz. Bu səbəbdən, xüsusən də Ermənistanın maraqları üçün son dərəcə vacib olan AB-nin yeni missiyası fonunda Rusiyanın İrəvana daxildən zərbələri gözlənilir”, – o bildirib.

O qeyd edib ki, əvvəllər də olduğu kimi, ruslar respublika daxilində təzyiq yarada, Ermənistanın müxtəlif ictimai-siyasi dairələrini bu prosesə cəlb edə bilərlər.

Teqlər: