Rusiya İrəvana qarşı hərbi tədbirlər görə bilər

Rusiya İrəvana qarşı hərbi tədbirlər görə bilər

Rusiyanın Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna cavabı təkcə diplomatik deyil, sərt tədbirlərlə də olmalıdır.

AzerTimes xəbər verir ki, bunu rusiyalı politoloq Yevgeni Mixaylov deyib.

“Diplomatlarımız hərəkətə keçməlidir. Hələ ki diplomatlarımız. Hiss edirəm ki, sonra işlər hərbi tədbirlər görmək həddinə çata bilər”, – o bildirib.

Mixaylov qeyd edib ki, əks halda Rusiya yaxınlıqda “daha ​​bir Qərb forpostu” almaq riski ilə üzləşir:

“Roma Əsasnaməsinin ratifikasiyası Ermənistanın ABŞ və AB ilə tərəfdaşlığa sadiq olduğunu göstərir və Rusiyaya qarşı mənfi münasibətini təsdiqləyir. Bu addım faktiki olaraq Rusiya rəsmilərinin Ermənistana səfər edəcəyi təqdirdə onları həbs etmək hüququ verir. Gələcəkdə Ermənistan hakimiyyəti KTMT və Avrasiya İqtisadi İqtisadi Əməkdaşlıq Təşkilatından çıxmaq barədə qərar qəbul edəcək”.

Teqlər: