Rusiya Ermənistandakı müttəfiqlərinə ciddi şəkildə çatdırdı ki, onların ABŞ-la keçirdiyi təlimlər Moskvada narahatlıqla qarşılanır.
AzerTimes xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
“Moskva KTMT ölkələri ilə təlimlər praktikasına riayət etməyin tərəfdarıdır”, – Ryabkov bildirib.