Rusiya Federal Hava Nəqliyyatı Agentliyi yerli aviaşirkətlərə yalnız Moskva vaxtı ilə saat 9:00-dan 19:00-a qədər İsrail, İraq və İran üzərindən uçuşlar həyata keçirməyi tövsiyə edən NOTAM (Notice To Air Missions) müddətini noyabrın 24-dək uzadıb.
AzerTimes xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.
Bildirilib ki, Federal Hava Nəqliyyatı Agentliyi əvvəlcə aviaşirkətlərə sözügedən ölkələrə, eləcə də onların hava məkanı vasitəsilə uçuşlardan çəkinməyi tövsiyə edib. Daha sonra departament məhdudiyyətləri yumşaldaraq, uçuşların səhər saat 09:00-dan 19:00-dək yerinə yetirilməsinə icazə verib. Məhdudiyyətlər noyabrın 3-dək qüvvədə olub.
Qeyd edək ki, Rusiyadan Təl-Əvivə və Tehrana birbaşa uçuşlar var, Rusiya aviaşirkətləri İran səması ilə BƏƏ-yə, İraqdan keçərək Seyşel adalarına uçur.