Rusiya İranın strategiyasından istifadə edir…

Rusiya İranın strategiyasından istifadə edir…

Rusiya MAQATE komissiyasının Zaporojye atom elektrik stansiyasında işinə müdaxilə etməyə, beynəlxalq nəzarətçilərin gəlişini hər cür ləngitməyə çalışır.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

“Gələn həftə Zaporojye atom elektrik stansiyasına müşahidə üçün səfər edəcək MAQATE lideri Rafael Mariano Qrossi neytral ölkələrdən olan 13 ekspertdən ibarət komanda toplayıb. Moskva artıq ABŞ və Böyük Britaniyadan olan ekspertlərin “ədalətsiz qərəzli” olduqlarını bildirərək, komandadan uzaqlaşdırılmasına nail olub. Müfəttişlərin milliyyəti ilə manipulyasiya etmək və MAQATE yoxlamalarının ədalətliliyinə zərbə vurmaq İranın uzun müddət istifadə etdiyi bir taktikadır. Rusiya bu taktikadan istifadə edir”, – məlumatda deyilib.

Teqlər: