Rusiya İranın hücumuna haqq qazandırdı – Bəyanat

Rusiya İranın hücumuna haqq qazandırdı – Bəyanat

Rusiya Yaxın Şərqdə növbəti təhlükəli eskalasiyadan son dərəcə narahatdır.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilib.

“Bölgədə növbəti təhlükəli eskalasiya ilə bağlı son dərəcə narahat olduğumuzu bildiririk. Biz dəfələrlə xəbərdarlıq etmişik ki, Yaxın Şərqdə, ilk növbədə, Fələstin-İsrail münaqişəsi zonasında məsuliyyətsiz təxribatçı hərəkətlər nəticəsində yaranan böhranın həll olunmaması gərginliyin artmasına gətirib çıxaracaq”, – məlumatda qeyd olunub.

Rusiya XİN bildirib ki, İranın İsrailə hücumu BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququ çərçivəsində həyata keçirilib.

Teqlər: