İranın gəmiçilik donanması sanksiyalar siyahısında olduğuna görə Hindistan və Rusiya başqa marşrutlardan istifadə etməyə üstünlük verirlər.
AzerTimes xəbər verir ki, bu sözləri Sistan və Bəlucistan Limanlar və Dəniz İşləri Baş İdarəsinin sədr müavini Hüseyn Şahdadi açıqlamasında deyib.
Şahdadinin bu açıqlaması İranın Rusiya və Hindistanın dəstəyi ümidi ilə Şimal-Cənub Dəhlizinin fəallaşdırılması üçün hərtərəfli səy göstərdiyi bir vaxta təsadüf edir.