Tehran və Moskva arasında xüsusi kəşfiyyat xidmətləri sahəsində əməkdaşlıq əlverişlidir.
AzerTimes xəbər verir ki, bunu Rusiyanın Xarici Kəşfiyyat İdarəsinin rəhbəri Sergey Narışkin deyib.
“Bizim iranlı həmkarlarımızla yaxşı qarşılıqlı əlaqəmiz var. Bir sıra xüsusi xidmət orqanları hazırda tərəfdaşlarımız arasındadır, fəaliyyətlər müəyyən edilib və bu əməkdaşlıq əlverişli perspektivə malikdir”, – Narışkin deyib.