Rusiyanın Tehrandakı yeni səfiri Aleksey Dedov olacaq.
AzerTimes xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazım Cəlali məlumat yayıb.
“Bu gün Aleksey Dedovla görüşüm oldu. O, tezliklə Rusiyanın İrandakı yeni səfiri kimi fəaliyyətə başlayacaq. Hər ikimiz İran-Rusiya əlaqələrinin ən yaxşı tarixi dövrlərdən birində olduğunu vurğuladıq”, – Cəlali bildirib.