Rusiya iqtisadiyyatı 15 il geriləyəcək!

Rusiya iqtisadiyyatı 15 il geriləyəcək!

Araşdırmalara görə, Rusiya iqtisadiyyatı sanksiyalara görə 15 il geriləyəcək.

AzerTimes xəbər verir ki, bu barədə “Röyter”in araşdırmasında deyilir.

Məlumata əsasən, 2022-ci ildə Rusiya iqtisadiyyatı 15 faiz, 2023-cü ildə isə daha 3 faiz enəcək. Beləliklə, Rusiya iqtisadiyyatına qoyulan 30 illik sərmayənin nəticəsi bərabərləşəcək.

Qeyd edilir ki, Avropa Rusiyadan enerji resurslarının idxalından tamamilə imtina edərsə, o zaman iqtisadi tənəzzül daha geniş olacaq.

Dünya ekspertləri yaxın aylarda Rusiya Federasiyaya qarşı sanksiyaların genişlənəcəyinə və sərtləşdiriləcəyinə əmindirlər.

Teqlər: