Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi bütün tədbirləri “Nizami Gəncəvi ili”nə həsr edib – İrek Zinnurov

Xəbər - Zeyni Cəfərov – Trend:

2021-ci il Azərbaycanda “Nizami Gəncəvi ili” elan olunub və Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi demək olar, bütün tədbirləri bu mövzuya həsr edib.

Bunu AzerTimes-a Mərkəzin rəhbəri İrek Zinnurov deyib.

Onun sözlərinə görə, tədbirlər sırasına Nizam yaradıcılığı üzrə rus dilində olimpiada da daxildir. Bu tədbirdə təxminən 3,5 min şagird iştirak edib: “Bundan başqa, hər il mərkəzdə keçirilən “Puşkiniana” olimpiadasını qeyd etmək lazımdır. Bu tədbir ölkələrimizin iki böyük şayiri Aleksandr Puşkin və Nizami Gəncəvinin adı ilə keçirilib”.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: