Rusiya İlyas Yaqubovu Ukraynaya döyüşə göndərdi

Rusiya İlyas Yaqubovu Ukraynaya döyüşə göndərdi

Rusiyada həbsdə olan MMA döyüşçüsü İlyas Yaqubov Ukraynadakı hərbi əməliyyatlarda iştirak edəcək.

AzerTimes xəbər verir ki, bu barədə “RİA Novosti” hüquq-mühafizə orqanlarına istinadla məlumat yayıb.

“Yaqubovu xüsusi hərbi əməliyyata aparıblar”, – məlumatda qeyd olunub.

Bildirilib ki, ona qarşı qaldırılmış cinayət işi dayandırılıb.

Qeyd edək ki, İlyas Yaqubov ötən il sosial şəbəkə səhifəsində çeçen səhra komandiri Şamil Basayevin çıxışını yerləşdirdiyi üçün həbs olunmuşdu. Yaqubov terrorçuluğun təbliğində ittiham olunurdu.

Teqlər: