Rusiya bankları ilin birinci yarısında 1,5 trilyon rubl itirib.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankı sədrinin birinci müavini Dmitri Tulin məlumat verib.
Tulin həmçinin xatırladıb ki, Rusiya bankları 2019-cu ildə 1,7 trilyon rubl, 2020-ci ildə 1,6 trilyon rubl, 2021-ci ildə isə 2,4 trilyon rubl xalis mənfəət əldə ediblər.
Tulinin sözlərinə görə, Rusiya banklarının ilin ilk 6 ayında xalis faiz gəlirləri 2021-ci illə müqayisədə 5 faiz azalıb. İlk 6 ayda sistem əhəmiyyətli 13 bankın yalnız 60 faizi mənfəət əldə edib.