Rusiya və Belarus Ukraynada iqtisadiyyatın bərpasına yardım etməli olacaq.
AzerTimes xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Biz Ukraynadan heç yerə gedən deyilik. Ukraynada işləməli olacağıq. Amerikalılar, Qərb yardım etməyəcək. Vladimir Putinlə bu məsələ barədə çox danışırıq. Onlar bizə yardım istəmək üçün gələcəklər”, – deyə dövlət başçısı bildirib.