Ukraynadakı münaqişədən mütləq qazanan tərəfi ABŞ, iqtisadi mənada əsas qurbanlar isə avropalılardır.
AzerTimes xəbər verir ki, bu sözləri Macarıstanın Baş naziri Viktor Orban deyib.
“Səhv sanksiya siyasətinin və müharibənin qurbanları avropalılardır. Müharibədə dəqiq Amerika qalib gəlir, Avropa isə uduzur. Rusiyaya gəlincə, onların qazanıb və ya uduzduğu hələ mübahisəli sualdır. Lakin onlar bir o qədər də pul itirmirlər. Ümumiyyətlə, iqtisadi mənada və bütün bu münaqişədə yeganə, daha doğrusu, ən böyük uduzan Avropadır”, – o bildirib.