Rusiya ilə Ukrayna arasında vasitəçiliyə hazırıq – Faysal

Rusiya ilə Ukrayna arasında vasitəçiliyə hazırıq – Faysal

Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla Səudiyyə Ərəbistanından olan həmkarı naziri Şahzadə Faysal bin Fərhanla görüş keçirilib.

AzerTimes xəbər verir ki, XİN başçıları ikitərəfli əlaqələrlə yanaşı, enerji məsələlərini, eləcə də Ukrayna, taxıl və Suriya mövzularını gündəmə gətiriblər.

Səudiyyə Ərəbistanının xarici işlər naziri Ər-Riyadın Kiyev və Moskva arasında vasitəçilik etməyə hazır olduğunu bildirib. Onun sözlərinə görə, krallıq böhranın siyasi həlli üçün beynəlxalq səyləri dəstəkləyir.

Sergey Lavrov da Ukraynadakı müharibənin enerji əməkdaşlığına təsir etmədiyini bildirib.

Teqlər: