Rusiya ilə Ukrayna arasında danışıqlar martın 16-da davam edəcək

Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqlar martın
16-da davam edəcək.

AzerTimes-ın
məlumatına görə, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri
Mixaylo Podolyak öz “Twitter” səhifəsində yazıb.

Onun sözlərinə görə, danışıqlarda ziddiyyətli məsələlər var,
lakin kompromis üçün yer var.

“Sabah davam edəcəyik. Çox çətin danışıqlar prosesi gedir.
Əsaslı ziddiyyətlər mövcuddur. Fasilə zamanı yarımqruplar üzrə
işlər davam etdiriləcək”, – deyə M.Podolyak qeyd edib.

Teqlər: