Rusiya ilə strateji əməkdaşlığa hazırıq – Çin

Rusiya ilə strateji əməkdaşlığa hazırıq – Çin

Çin Ukrayna böhranının siyasi həllinin tapılması üçün Rusiya ilə strateji tərəfdaşlığa və beynəlxalq ictimaiyyətlə əməkdaşlığa hazırdır.

AzerTimes xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin danışıb.

“Çin və Rusiya müttəfiq olmamaq, qarşıdurma və hər hansı üçüncü tərəfi hədəf almaq prinsiplərinə sadiqdir və ölkələr arasında qarşılıqlı hörmət, dinc yanaşı yaşama və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan yeni münasibətləri inkişaf etdirirlər”, – o bildirib.

Teqlər: