Lazım gələrsə, Finlandiya Rusiya ilə bütün sərhədi bağlaya bilər.
AzerTimes xəbər verir ki, bu barədə Finlandiya Baş naziri Petteri Orpo deyib.
“Lazım gələrsə, Finlandiya şərq sərhədini, bütün nəzarət-buraxılış məntəqələrini bağlayacaq və sığınacaq mərkəzini şərq sərhədində deyil, başqa yerdə cəmləşdirəcək”, – deyə o bildirib.
Qeyd edək ki, Finlandiya noyabrında 18-də Rusiya ilə sərhəddəki 4 buraxılış məntəqəsini bağlayıb.