Amerika ordusunun Ukraynada olması ABŞ və Rusiyanı müharibənin qaynar mərhələsinə gətirib çıxartdı.
AzerTimes xəbər verir ki, bunu amerikalı iqtisadçı, Kolumbiya Universitetinin (Nyu-York) Davamlı İnkişaf Mərkəzinin direktoru, professor Cefri Saks deyib.
“Biz Rusiya ilə müharibənin qaynar mərhələsindəyik, çünki söhbət təkcə puldan (ABŞ-ın Ukraynaya ayırdığı yardım), avadanlıqlardan, məqsədlərdən, strategiyadan və məsləhətlərdən getmir, həm də kadrlarımız ərazidədir. Onlar həmişə Amerika uniforması geyinmir. Bəzən onları muzdlular adlandırırlar, bəzən isə onları sadəcə tanımırlar. Amma onlar əmr verir və Rusiya da bu haqda bilir”, – deyə professor bildirib.