Rusiya ilə savaş başlasa, fəlakət olacaq – ABŞ

Rusiya ilə savaş başlasa, fəlakət olacaq – ABŞ

ABŞ-ın Ukraynadakı silahlı münaqişəyə cəlb edilməsi təkcə bu ölkənin əhalisi üçün deyil, həm də bütün Avropa üçün potensial fəlakətli nəticələr verə bilər.

AzerTimes xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

“Prezident (Co Bayden) əvvəldən bildirib ki, biz burada Üçüncü Dünya savaşına çalışmırıq. Həmçinin Rusiya ilə də müharibə istəmirik. O bilir və dəfələrlə deyib ki, sözügedən konfliktin bu səviyyədə genişləndirilməsi təkcə Ukrayna xalqı üçün deyil, həm də potensial olaraq Avropa kontingenti üçün fəlakətli olar. Bu, ABŞ-ın maraqlarına cavab vermir”, – deyə o bildirib.

Teqlər: