Rusiya NATO ilə hərbi münaqişəyə başlasa, ilk növbədə Kalininqrad “zərərsizləşdiriləcək”.
AzerTimes xəbər verir ki, bu barədə Litvanın İsveçdəki səfiri Linas Linkyaviçyus X səhifəsində yazıb.
Diplomat qeyd edib ki, İsveç NATO-ya daxil olduqdan sonra Baltik dənizi alyansın daxili dənizinə çevriləcək.
Onun fikrincə, Rusiyanın NATO-ya üzv dövlətlərə təcavüzü halında ilk növbədə Kalininqrad “zərərsizləşdiriləcək”.
“Rusiyanın NATO tərəfindən mühasirəyə alınması ilə bağlı əvvəlki ittihamlar indi reallığa çevrilir”, – Linkyaviçyus bildirib.