Rusiya ilə razılaşma olmasa, donacağıq – Macarıstan

Rusiya ilə razılaşma olmasa, donacağıq – Macarıstan

“Qazprom” ilə uzunmüddətli razılaşma olmadan Macarıstanda sənaye dayanacaq və mənzillərdə istilik olmayacaq.

AzerTimes xəbər verir ki, bunu Macarıstan Xarici İşlər Nazirliyinin sözçüsü Tamaş Menzer bildirib.

O, müxalifətin Rusiya şirkəti ilə müqavilənin Budapeşt üçün baha başa gəlməsi və yararsız olması barədə bəyanatını belə şərh edib:

“Macarıstanda illik qaz istehlakının 85 faizi Rusiya qazıdır. Bu məbləğ yaxın gələcəkdə doldurula bilməz, yəni Rusiya qazı olmasa, Macarıstan donacaq, mənzillərdə istilik olmayacaq, sənaye dayanacaq, iş yerləri yox olacaq”.

Teqlər: