Rusiya ilə Qərb arasında razılaşma belə ola bilər

Rusiya ilə Qərb arasında razılaşma belə ola bilər

Rusiya ilə gələcək təhlükəsizlik sazişinə əməl olunmasına zəmanət vermək üçün Qərbə Rusiyanın iştirakı ilə yeni struktur lazımdır, çünki hazırkı Avropa Şurası, ATƏT və AB bunun öhdəsindən gələ bilməyəcəklərini göstərdilər.

AzerTimes xəbər verir ki, bunu məşhur serbiyalı politoloq Duşan Prorokoviç bildirib.

“Mən Rusiya ilə Qərb arasında təkcə Avropaya deyil, qlobal təhlükəsizliyə, Yaxın Şərqə və s.-yə aid olan böhranı həll etmək üçün başqa yol görmürəm. İndi proqnozlaşdıra bilmədiyimiz, lakin yaxın illərdə ortaya çıxacaq və aktual olacaq bir sıra məsələlər olacaq. Əgər inam yaranmasa, biz xaosla, ola bilsin ki, dünya müharibəsi ilə üzləşərik. Arada etibar yalnız danışıqlar və rəsmi müqavilənin imzalanması ilə bərpa oluna bilər”, – politoloq qeyd edib.

Teqlər: