Rusiya ilə Qərb ölkələri arasında yeni “dəmir pərdə” yaranıb.
AzerTimes xəbər verir ki, bunu Finlandiya xarici işlər naziri Pekka Haavisto deyib.
“Düşünürəm ki, bu, yeni reallıqdır. Mən, həqiqətən də, Avropa təhlükəsizliyinin arxitekturasının məhv edildiyinə inanıram. Bu, yeni vəziyyətdir, Rusiya ilə digər ölkələr arasında yeni tipli “dəmir pərdə yaranıb”, – Haavisto qeyd edib.