Rusiya ilə müttəfiqlik əlqələrinin qurulması yeni çağırışlar kontekstində strateji zərurətə çevirilmişdi – Hikmət Babaoğlu

Xəbər - Elçin Mehdiyev – Trend:

Rusiya Federasiyası ilə müttəfiqlik əlqələrinin qurulması yeni
çağırışlar kontekstində strateji zərurətə çevirilmişdi. Hazırda
dünyada heç bir ölkə təkbaşına öz milli təhlükəsizliyini təmin edə
bilimir. Bu hər şeydən öncə beynəlxalq münasibətlər sisteminin
mürəkkəb daxili strukturu və yeni dünya nizamının formalaşmaqda
olması ilə bağlıdır.

AzerTimes-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Hikmət
Babaoğlu deyib.

Deputat bildirib ki, hər yenilik isə özlüyündə çoxsaylı
maneələri dəf etmək və özünü təstiq etdirə bilmək mərhələsindən
keçməyə məhkumdur.

“Ona görə də çoxqütblü dünya nizamına keçid ağrılı və
üzünmüddətli adaptasiya tələb edən bir proses kimi qarşımıza çıxır.
Bu uzunmüddətli və gərgin keçid kontekstində milli təhlükəsiliyi
təmin etmək olduqca çətin milli vəzifədir. Xüsusilə tarixən
mürəkkəb geostrateji rayon kimi xarakterizə edilən Cənubi Qafqazda
bu vəzifənin öhdəsindən gəlmək strateji uzaqgörənlik, qətiyyətli
siyasi iradə və mümkün geostrateji gedişləri əvvəlcədən dəqiq
proqnozlaşdıraraq qərar qəbul etməyi tələb edir.

Nəzər almaq lazımdır ki, Azərbaycan 30 ildən sonra öz ərazi
bütövlüyünü bərpa edərək hələ də region ölkələrinin və bütövlükdə
dünyanın adaptasiya olunmaqda çətinlik çəkdiyi yaxud qəbul etmək
istəmədiyi yeni reallıqlar yaradıb. Belə olan halda əlbətdə milli
təhlükəsizlik problemləri daha da aktuallıq kəsb etməyə başıayıb.
Ona görə də məhz indi, dünyada baş verən qlobal geostrateji
zəlzələlər və postsovet məkanının yenidən dizayn ediləsi
kontekstində Azərbaycan etibarlı və nüfuzli müttəfiqlərlə öz milli
təhlükəsizliyini təmin etmək çağırışı ilə üzləşib.

Birnci mərhələdə Azərbaycan qardaş Türkiyə ilə Şuşa
bəyannaməsini imzalamaqla qərb istiqamətində bu məsləni etibarlı
şəkildə həll edib. Milli təhlükəsizliyimin ikinci strateji
istiqaməti şimal istiqamətidir ki , bu istiqamətdə də qonşu Rusiya
Federasiyası ilə müttəfiqlik əlqələrinin qurulması tarixi zərurətə
çevirilib. Əslində hamıya aydındır ki, Cənubi Qafqazda Rusiya
Federasiyasının iştirakı olmadan sülh və sabirlikdən danışmaq
olmaz. Bu bir geostrateji reallıqdır. Belə olan halda yalnız
praqmatik və rasional siyasi qərərlar qəbul etməklə uzunmüddətli
sülhə nail olmaq olar”, – deyə deputat bildirib.

O qeyd edib ki, əslində Azərbaycan Cənubi Qafqazın ən böyük və
uzunmüddətli münaqişəsinə son qoymaqla sülh və əməkdaşlıq üçün
yaxşı prerspektivlər yaradıb.

“Bu prosesdə Rusiyanın oynadığı pozitiv rol da mühüm əhəmiyyət
kəsb edib və nəticə etibarilə 10 noyabr 2020-ci il tarixində
imzalanan üçtərəfli bəyannamədə sülhün təmin olunması ilə bağlı
zəmanətçi funksiyasını üzərinə götürüb. Hazırda isə yeni yaranan
qlobal siyasi reallıqlar bu istiqamətdə yeni addımların atılmasını
və sülh və təhlükəsizlik üçün yeni siyasi qərarlqrın qəbul
edilməsini şərtləndirib. Azərbaycan Prezidenti İlham Əliyevin
fevral ayının 21-də Rusiya Federasiyasına səfəri və səfər
çərçivəsində Rusiya ilə müttəfiqlik haqqında bəyannamənin
imzalanmasının nəzərdə turulması da hər iki dövlətin milli
maraqları baxımından olduqca aktualdır.

Təqribən 40 maddədən ibarət olan və hərbi-siyasi və sosial
iqtisadi, eyni zamanda humanitar sahələri əhatə edəcək belə bir
mühüm sənədin imzalanması V.Putinin də dediyi kimi
Rusiya-Azərbaycan münasibətlərini tamamilə yeni bir mərhələyə
qaldıracaq.Bəribaşdan bu mühüm mərəhələni hərbi-siyasi və
geostrateji kontekstə yeni tarixi mərhələ kimi səciyyələmdirmək
olar .Hər çeydən öncə ona görə ki , bu müttəfiqlik yeni çoxqütblü
dünya nizamında Azərbacanı öz müttəfiqləri ilə birlikdə mümkün güc
mərkəzlərindən birinə çevirəcək və regional inteqrasiyanı
dərinləşdirməklə uzunmüddətli sülhə gətirib çıxaracaq. Bu isə
hazırki mürəkkəb tarixi şəraitdə milli təhlükəsiziyimizi təmin
etmənin ən yaxşı yoludur. Bütövlükdə isə “Azərbaycan Respublikası
ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti
haqqında Bəyannamə” də əksini tapan əsas müddəaları aşağıdakı
şəkildə qruplaşdımaq olar.

Birincisi bu sənəd bütün hallarda ərazi bütövlüyü, müstəqillik,
bərabərhüquqlqu tərəfdaşlıq və bu prinsiplərin beynəlxalq hüquq o
cümlədən BMT nizamnaməsi ilə tanınan bütün əsaslarını qarşılıqlı
şəkildə qəbul edir. İkincisi blok iqtisadi – sosial və humanitar
sahədə əməkdaşlığın daha da dərinləşməsi və inteqrasiyaını təmin
etmək üçün əsas yaradır. Üçüncü qruplaşma hərbi-texniki əməkdaşlıq
sahəsini əhatə edir. Dördüncü blok maddələr Xəzər hövzəsində
əməkdaşlığın qarşılıqlı maraqlar əsasında qorunması və bu sahədə
imzalanmış sənədlərin yaratdığı öhdəçiliklərin yerinə gtirliməsinin
vacibliyini qeyd edir.

Beşinci qrup maddələr yeni reallığın yaranmasında Rusiyanın
oynadığı mühüm rolu təsbit etməklə 10 noyabr 2020, 11 yanvar
2021-ci il və 26 noyabr 2021-ci il tarixli üçtərəfli görüşlərdə
razılaşdırılmış müdəaların yerinə gətirilməsinin vacibliyini qeyd
edir. Yeni və müttəfiqlik anlayışının məzmunu baxımından ən
əhəmiyyətli məsələlər isə 4 , 6 ,7 və 11-ci maddələrdə öz əksini
tapır ki, bunlar Rusiya-Azərbaycan münasibətlərini müttəfiqlik
səviyyəsinə qaldıran əsas maddələrdir.

Məsələn 4-cü maddəyə əsasən Rusiya Federasiyası və Azərbaycan
Respublikasının aktual beynəlxalq problemlər üzrə eyni və ya yaxın
mövqelərdən çıxış etməsi , 6-cı maddəyə görə Rusiya Federasiyası və
Azərbaycan Respublikasıın Tərəflərdən birinin fikrincə sülhə
təhlükə yarada bilən, sülhü pozan və ya Tərəflərdən birinin
təhlükəsizlik maraqlarına təsir edən vəziyyət yarandığı, eləcə də
bu cür vəziyyətin yaranması təhdidi olduğu təqdirdə onun
nizamlanması məqsədilə təxirəsalınmaz məsləhətləşmələrin
aparılmasını qəbul etməsi, 7-ci maddəyə görə Rusiya Federasiyası və
Azərbaycan Respublikasının Tərəflərdən birinin fikrincə iki
dövlətin strateji tərəfdaşlığına və müttəfiqlik münasibətlərinə
xələl gətirən hər hansı hərəkətlərdən çəkinməsi məsələsininin qeyd
edilməsi, 11-ci maddəyə görə Rusiya Federasiyası və Azərbaycan
Respublikasının öz ərazilərində təşkilatların və şəxslərin digər
Tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə
qarşı yönəlmiş fəaliyyətinin qarşısını qətiyyətli surətdə alması
öhdəçiliyi götürməsi qarşılıqlı şəkildə iki dövlətin bir-birinə
verdiyi təhlükəsizlik təminatı kimi çıxış edir ki , bu müddəaların
hər biri iki dövlət üçün də mühüm əhəmiyyət kəsb edir”, – deyə
H.Babaoğlu vurğulayıb.

Teqlər: