Son bir ildə Rusiya Prezidenti Vladimir Putin və Yaponiyanın keçmiş baş naziri Şinzo Abenin inkişaf etdirdiyi münasibətlər tamamən məhv edilib.
AzerTimes xəbər verir ki, bu sözləri Yaponiya Parlamentinin Müşavirlər Palatasının üzvü Muneo Suzuki Rusiya Federasiya Şurasının sədr müavini Konstantin Kosaçevlə görüşü zamanı deyib.
“Son bir il ərzində cənab Abe və cənab Putin tərəfindən Rusiya-Yaponiya münasibətlərinin möhkəmləndirilməsi və inkişafı baxımından qurulan hər şey praktiki olaraq məhv edilib”, – Suzuki paylaşıb.
O, Rusiya-Yaponiya münasibətlərinin əvvəlki vəziyyətə qayıdacağına ümid etdiyini bildirib.