
Avropa Rusiya ilə müharibə vəziyyətində deyil.
AzerTimes xəbər verir ki, bunu Finlandiya Prezidenti Aleksandr Stubb deyib.
“Qərb indi sakit olmalı, müdafiəsini gücləndirməli və kəskin reaksiya verməməlidir”, – Stubb bildirib.
Qeyd edək ki, Rusiya xarici işlər naziri Sergey Lavrov NATO və AB-nin Ukraynadan istifadə edərək Moskvaya faktiki olaraq müharibə elan etdiklərini demişdi.

