Ukrayna ilə Rusiya Federasiyası arasında danışıqlarda
kompromislərin formatları ümumukrayna referendumunda
müəyyənləşəcək.
AzerTimes-ın “Ukrinform”a istinadən verdiyi məlumata görə, bunu
Ukrayna Prezidenti Volodimir Zelenski telekanallara müsahibəsi
zamanı deyib.
V.Zelenski qeyd edib ki, “NATO üzvləri Rusiyadan qorxduqları
üçün Ukraynanı Alyansa qəbul etmirlər”.
“Sakitləşməliyik və deməliyik: “yaxşı, digər təhlükəsizlik
zəmanətləri”. Təhlükəsizliyin təminatçısı olmaq istəyən NATO
ölkələri var ki, onlar da təəssüf ki, bizi Alyansda 100% üzvlüklə
təmin edə bilmirlər, lakin onlar Alyansın biz üzv olduğumuz halda
etməli olduğu hər şeyi etməyə hazırdırlar. Və məncə, bu, normal bir
kompromisdir”, – deyə V.Zelenski bildirib.
Onun sözlərinə görə, təhlükəsizliyin təmin edilməsi
məsələlərində söhbət konstitusiya dəyişikliklərindən və mövcud
Ukrayna qanunvericiliyində dəyişikliklərdən gedəcək.
“Bütün danışıqlar qruplarına izah etdim; bütün bu
dəyişikliklərdən danışanda, onlar tarixi ola bilərlər, biz heç yerə
getməyəcəyik, referenduma gələcəyik. Xalq müəyyən kompromis
formatlarını seçməli, cavab verməli olacaq. Lakin bu kompromislərin
necə olacağı artıq bizim, Ukrayna ilə Rusiya arasındakı söhbətimiz
və anlaşmamızın məsələsidir. Buna görə də mən hər bir halda
xalqımla birlikdə olacağı təqdirdə hər şeyə getməyə hazıram”, –
deyə V.Zelenski əlavə edib.