

ABŞ Ukraynada atəşkəsdən sonra Rusiya ilə iqtisadi tərəfdaşlığın qurulmasına icazə verir.
AzerTimes xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karolina Levitt jurnalistlər üçün keçirdiyi brifinqdə verib.
“Rusiyanın bu münaqişəyə son qoymağa həvəsi var, bu, ABŞ-la iqtisadi tərəfdaşlıq ola bilər. Amma biz əvvəlcə atəşkəs görmək istəyirik”, – o qeyd edib.
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp və onun xüsusi nümayəndəsi Steven Uitkoff bunu açıq şəkildə ifadə ediblər.