Bizim məsuliyyətimimiz var: biz Ukraynanın müdafiə mübarizəsini dəstəkləyirik, lakin Rusiya ilə NATO arasında müharibənin eskalasiyasına imkan verməyəcəyik.
AzerTimes xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts “Taurus” raketlərini Ukraynaya verə bilməməsinin səbəbini açıqlayarkən deyib.
“Bu baş verərsə, təkcə Avropada yox, bütün dünyada nələrin baş verəcəyini ancaq təsəvvür etmək olar”, – kansler qeyd edib.