Yaxın vaxtlarda hərbi əsirlərin mübadiləsi baş tutacaq. Bunun üçün hər şeyi edirik.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov deyib.
Xatırladaq ki, İl-76 nəqliyyat təyyarəsi yanvarın 24-də Belqorod vilayətinin Koroçanski rayonunda qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 65 ukraynalı əsir və 9 ekipaj üzvünün hamısı ölüb. Rusiya Müdafiə Nazirliyi onun Ukrayna Silahlı Qüvvələri tərəfindən vurulduğunu iddia edib.
Daha öncə Rusiya MN ukraynalı əsirlərin mübadilə üçün aparıldığını bəyan edib.